Ağsu rayonunda 1988-ci il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 fevral 2024-cü ildə Ağsu rayonunun kəndində baş verib. Aydın kənddə yerləşən evində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə, həmin evin həyətində digər evdə yaşayan ailə üzvlərinin yanına gedib.
Anasına Bakı şəhərinə getməyəcəyini, kənddə qalıb işləyəcəyini deyib. Həmin vaxt anası öskürdüyü üçün ələ salındığını zənn etdiyindən anası ilə sözlü mübahisə edib. Elnarə anası ilə mübahisə etdiyi üçün əri Aydına sakit olmasını deyib.
Aydın arvadından evindən çıxaraq getməsini tələb edib. Lakin Elnarə ərinə evdən çıxmayacağını, evdə onun da payı olduğunu dediyi üçün onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Aydın yumruqla Elnarənin sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elnarə onun həyat yoldaşıdır: “Elnarə ilə 2010-cu ildə evlənərək, ailə həyatı qurmuşam. Evliliyimiz müddətində 2 övladımız dünyaya gəldi. Elnarə ilə evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olsa da, sonradan aramızda yaranmış ailə daxili söz söhbətlərinə görə mübahisələrimiz oldu, münasibətlərimiz soyudu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 3 ay əvvəl Elnarə ondan ayrılıb, kənd ərazisində yerləşən ona məxsus başqa evdə yaşamağa başlayıb: “Bir neçə dəfə Elnarəyə evimdən çıxaraq atasına məxsus evinə getməsini desəm də, arvadım evimdən çıxmadı. Həmin evdə yaşamağa davam etdi”.
Aydın qeyd edib ki, fevralın 8-də Bakı şəhərindən yaşadığı Ağsu rayonun kəndinə gəlib: “Saat 19 radələrində özümə məxsus evdə spirtli içki qəbul etdim. Saat təxminən 20 radələrində sərxoş vəziyyətdə Elnarədən mənə məxsus evdən çıxıb getməsini tələb etdim. Elnarə isə mənə evdən çıxmayacağını, mənə məxsus bütün mülklərini əlindən alacağını bildirdi. Daha sonra Elnarə üzərimə gələrək, mənimlə mübahisə etməyə başladı. Mən də həmin vaxt yumruqla Elnarənin sifət nahiyəsinə vuraraq, arvadımı döydüm. Elnarəni döydükdən sonra həyətə düşdüm. Əsəbləşdiyim üçün yerdən daş götürərək evimə atdım. Elnarə həmin vaxt Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyindən mən polisin gələcəyindən qorxduğum üçün qaçdım. Evdən uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elnarənin sözlərinə görə, 2010-cü ildə dayısı oğlu Aydın ilə evlənərək, ailə həyatı qurub: “Evliliyimiz müddətində 2 övladımız dünyaya gəldi. Aydın ilə evləndikdən sonra bir müddət Bakı şəhərində yaşasam da, son vaxtlar aramızda yaranmış mübahisələrə görə Ağsu rayonunun kəndinə gəldim. Həmin kənddə yerləşən, evimizdə qaynanam ilə birlikdə yaşamağa başladım. Təxminən 3 aydır ərim ilə ayrı yaşayıram. Lakin, buna baxmayaraq ərim mənimlə mübahisə etməyə davam etdi. Məndən evdən çıxaraq atama məxsus evdə yaşamasını tələb etdi”.
Elnarə qeyd edib ki, fevralın 8-də Aydın Bakı şəhərindən yaşadıqları evə gəlib, saat 19 radələrində həyətdə yerləşən digər evdə spirtli içki qəbul etməyə başlayıb, saat təxminən 20 radələrində sərxoş vəziyyətdə onların yanına gəlib: “Aydın anasına sabahdan iş tapıb, işləyəcəyini, Bakı şəhərinə getməyəcəyini bildirdi. Həmin vaxt qaynanam öskürməyə başladı. Qaynanam öskürdüyü üçün Aydını lağa qoyulduğunu zənn etdiyindən onunla mübahisə etməyə başladı. Mən Aydına sakit olmasını dedim. Aydın məndən burada nə işim olduğunu, evin özünə məxsus olduğunu deyərək, evdən çıxmağımı tələb etdi. Mən evdən çıxıb getməyəcəyini, evdə mənim də payım olduğunu dedim. Aydın yumruqla sifət nahiyəmə vuraraq, boğazımdan yapışdı. Mən Aydının əlindən çıxmaq istədim. Aydın təkrar sifətimə yumruqla, qarnıma isə təpiklə vuraraq məni döydü. Bundan sonra burnumdan qan axmağa başladı. Burnumdan qan axarkən Aydın çölə çıxaraq evə daş atdı. Mən də bundan sonra bu barədə zəng edərək, Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim”.
Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az