Sabah Bakıda katolik kilsəsinin təməli qoyulacaq

SOSİAL 13 dekabr 2024, 14:50

Sabah Azərbaycanda yeni katolik kilsəsinin təməlqoyma mərasimi keçiriləcək. 

Demokrat.az xəbər verir ki, yeni kilsə A.M. Şərifzadə küçəsində (“İdeal” şadlıq sarayının yanında) tikiləcək.

Bununla bağlı dekabrın 14 də Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaher Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaynda Katolik kilsəsinin mətbuat xidməti məlumat verib.

“Dekabrın 14-də, saat 16:00-da, arxiyepiskop Qallaherin başçılığı ilə, müqəddəs II İoann Pavel kilsəsinin tikintisi üçün torpaq sahəsinin təqdis edilməsi liturgiyası və yeni məbədin təməl daşının qoyulması mərasimi keçiriləcək”-deyə məlumatda deyilir.
Dekabrın 15-də saat 11:00-da, arxiyepiskop Qallaher Müqəddəs Məryəm kilsəsində Müqəddəs Messa ayininə başçılıq edəcək.
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top