Politoloq: “Razılıq əldə olunsa, Suriyada yaxın zamanda sabitlik yarana bilər”

SİYASƏT 11 dekabr 2024, 17:17
“Hazırda Suriyada baş verən hadisələrə bir neçə bucaqdan baxmaq mümkündür. Həm daxili qruplar, həm də xarici güc mərkəzləri hadisələrdə iştirak edir. Bəşər Əsədin devrilməsindən sonra bir çox qrupların iştirakını və öz mənfəətlərini təmin etmək istədiklərini görürük. Daxili qruplar arasında hazırda əsas güc “Təhrir əş-Şam”dadır. Faktiki olaraq mərkəzi hökumət onların nəzarəti altındadır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib:

“Onlar, Suriyanın digər bölgələrində də öz hakimiyyətlərini qurmaq üçün mübarizə aparırlar. Hələki Azad Suriya Ordusu ilə aralarındakı münasibət normaldır. Türkiyə dəstəkli ordu YPG,PYD qruplaşmalarına qarşı mühüm əməliyyatlar keçirir. İsrail də qrupları mühafizə altına almaq üçün əməliyyat keçirir. İsrailin bölgədə əsas məqsədi kürd dövlətçiliyini bərpa etməkdir. Eyni zamanda “Druzi”icmasının hüquqlarını təmin etməyə çalışır”. 

Politoloq bildirib ki, bəzi ölkələr Suriyanın federasiya şəklində yenidən qurulmasını arzu edirlər:

“Ölkəni idarə edən “Təhrir əş-Şam” buna isti baxmır. İsrail son günlərdə keçirdiyi əməliyyatlarla Suriya Hava Qüvvələrinə məxsus olan bir çox hərbi texnikanı sıradan çıxarıb. 
Məsələnin maraqlı tərəfi odur ki, Suriyaya yaxın olan ölkələr sakitliyini qoruyur. Ərəb ölkələri prosesdə fəal iştirak etmir.

Artıq keçid hökuməti formalaşıb. Yeni konsititusiya hazırlanacaq. Qruplar arasında razılıq əldə olunsa, Suriyada yaxın zamanda sabitlik yarana bilər. Əks halda vətəndaş müharibəsinin yeni mərhələsi başlayacaq”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top