Şəhriyar del Gerani AYB-dən və YAP-dan istefa verdi

GÜNDƏM 06 dekabr 2024, 11:28
Tanınmış şair Şəhriyar del Gerani Azərbaycan Yazıçılar Birliyindən (AYB) və üzv olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verdiyini bildirib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə şair sosial şəbəkədəki paylaşımında bildirib.

Xəbəri “YAP-dan istefa və ya Bioqrafiya şeiri” adı ilə paylaşan Şəhriyar del Gerani giley-güzar da edib.

Şeirdə ailə vəziyyəti barədə məlumat verən şair 19 ildir ki, Bakıda kirayələrdə qaldığını vurğulayıb.

“Kirayədə yaşayıram 19 ildir.
Küçədə yaşamıram
şükür,
amma
evim də yoxdur”, - deyə o qeyd edib.
 
Daha sonra o, şeirdə istefa verdiyini diqqətə çatdırıb:

“Bu şeirlə çıxıram -
Azərbaycan Yazıçılar Birliyindən! - dən.
Çıxıram
Yeni Azərbaycan Partiyası üzvlüyündən! - dən”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top