“Azərbaycanda uşaq telekanalının yaradılmasına ehtiyac var”.
Bunu millət vəkili Elnarə Akimova Bizim.Media-ya bildirib.
Deputat qeyd edib ki, azyaşlılarımızın çoxu ya Türkiyənin, ya Rusiyanın, ya da Avropanın uşaq telekanallarına baxır:
“Ana dilimiz artıq əldən gedir və uşaqlarda dil deformasiyaya uğrayır. Bunun qarşısını almaq üçün ilk növbədə özümüzün uşaq kanalı olmalıdır”.
Millət vəkili deyib ki, ümumiyyətlə, telekanallarda uşaqların zövqünün formalaşması yönündə, mədəniyyət mövzulu verilişlərə həddən artıq çox zaman ayrılmalıdır:
“Televiziya bütün günü müğənniləri efirə çıxarıb, uşaq verilişlərini epizod kimi verməli deyil. Televiziyalar bunu ana xəttə çevirməlidir, digər məsələlər isə onun ardınca gəlməlidir. Bu məsələlər bizim heç bir telekanalımızda ana xəttə çevrilmir”.
Deputatın fikrincə, ayrıca uşaq kanalı yaratmaqla yanaşı, ona ciddi nəzarət də olmalıdır:
“Bu kanal yarananda, ona ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Diqqət etməliyik, uşaqlara nə göstəririk, verdiyimiz kadrlar onlara hansı mesajı çatdırır. Məsələn, çox sayda uşaq ədəbiyyatı var. Amma onlar arasında dini, ideoloji baxımdan o qədər ziyanlı kitablar var ki... Yəni televiziya elə olmalıdır ki, valideyn rahat şəkildə kanalı açıb uşağını onun qarşısında əyləşdirə bilsin”.