“Biz heç vaxt qanuni torpaqlarımızın bir qarışının kimsə tərəfindən tutulmasını tanımayacağıq. Hazırda Rusiya tərəfindən tutulan bizim torpaqlar Ukraynanın beynəlxalq hüquqla tanınan əraziləridir. Mən çox istərdim ki, bu diplomatik yolla baş versin, çoxlu sayda qurbanlar olmasın”.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Avropa Şurası prezidenti Antonio Koşta ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində aparılacaq diplomatik danışıqlar ədalətli və zəmanətli olmalıdır:
“Yəni, 5-6 ildən sonra Rusiya yenidən hücuma başlamayacaq. Buna əmin olmaq istərdim”.