Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi

İDMAN 28 noyabr 2024, 14:44
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.

Bu barədə federasiya rəsmisi Məmmədcəfər Əliyev Demokrat.az-a məlumat verib. 

O bildirib ki, Boks Federasiyası bugündən etibarən fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, Naxçıvan Boks Federasiyasının prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talbov idi. 

Onu da bildirək ki, Naxçıvanda bundan öncə Şahmat və Karate Federasiyaları ləğv edilmişdi. QHT-lər haqqında qanunun 6.1-ci maddəsinə (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 6.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər) uyğun olaraq proses davam edəcək. Muxtar Respublika ərazisindəki bütün federasiyalar ləğv ediləcək və onların əvəzinə Gənclər və İdman Nazirliyinin tərkibində idman növlərinə uyğun şöbələr fəaliyyət göstərəcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top