Dövlət qurumu ehtiyatda olan general-mayoru məhkəməyə verdi

KRİMİNAL 25 noyabr 2024, 14:19
Sabiq deputat, ehtiyatda olan general-mayor Vladimir Vasilyeviç Timoşenko məhkəməyə verilib. 

Sabiq deputatla bağı məhkəməyə "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmityyəti (ASC) müraciət edib.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Vladimir Timoşenko 1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olub. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. Ehtiyatda olan general-mayordur. 2 övladı var. 

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 2000-ci ildə Milli Məclisin II çağırış deputatı seçilib. 

2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko "Şöhrət" ordeni ilə təltif edilib. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top