“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illiyinə həsr olunacaq bayram tədbirinə qatıla bilməyəcək.
Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Buna səbəb 37 yaşlı futbolçunun bayramın keçiriləcəyi tarixə (29 noyabr) daha əvvəl planlaşdırılmış işləri var. Hücumçunun bu işləri bir neçə ay əvvəldən planlaşdırdığı, “Barselona”dan dəvətin isə 15 gün əvvəl gəldiyi vurğulanır.
Qeyd edək ki, Messi artıq “Barselona”nın 125 illiyinə həsr olunmuş müsahibə verib, həmçinin Kataloniya klubunun təşkil etdiyi fotosessiyada iştirak edib.(qafqazinfo.az)