Mirzoyan almaniyalı həmkarına sülh müqaviləsindən danışdı

DÜNYA 20 noyabr 2024, 09:06
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə onu İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə məlumatlandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Nazir Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan – Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 19:22
Top