“Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq onsuz da regionun iqtisadi, siyasi və humanitar mərkəzi rolunda çıxış edirdi. İndi isə COP29-a ev sahibliyi etməklə və özü də kifayət qədər uğurlu ev sahibliyi etməklə beynəlxaq münasibətlər sistemindəki rolunu daha da möhkəmləndirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. R.Bayramov qeyd edib ki, COP29 çərçivəsində dünya ictimaiyyətinin bütün diqqəti hal-hazırda Bakıya yönəlib:
“196 ölkənin nümayəndə heyətləri Bakıdadır və 80-dən artıq dövlətin prezident, baş nazir, vitse prezidentləri səviyyəsində liderlər sammiti də artıq baş tutub. Bu müddət ərzində ölkə başçısının çoxlu sayda ölkələrin təmsilçiləri ilə ikitərəfli və çoxtərəfli görüşləri ilə yanaşı müvafiq dövlət qurumlarımızın da digər ölkə nümayəndələri ilə çoxsaylı görüşləri keçirilib. Təbii ki, hər keçirilən görüş yeni əlaqələrin qurulması, yeni əməkdaşlıqlar üçün real imkanlar açır və bu da həm ayrı-ayrı dövlərlərlə, həm də beynəlxaq qurumlarla münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca önəmlidir”.
Politoloq bildirib ki, ümumiyyətlə istər millətlərarası, istərsə də dövlətlərarası münasibətlərin inkişafı və beynəlxaq əməkdaşlıq baxımından da COP-un rolu danılmazdır:
“Çünki COP-un və eləcə də Bakıda keçirilən COP29-un qarşısına qoyduğu vəzifələrə nail olmaq və iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmaq beynəlxalq səviyyədə koordinasiya tələb edir. Çünki, iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal bir problemdir. İstənilən yerdə baş verən emissiyalar planetin hər yerində hiss olunur və təbii olaraq insanlara təsir göstərir. Başqa sözlə desək, qlobal istiləşmənin qarşını almaq yalnız bir dövlətin öhdəliyi olmadığına görə eyni məqsəd altında bütün dünya ölkələri birləşməlidir. Dünyanın aşağı karbonlu iqtisadiyyata doğru keçid etməsinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bu isə özü özlüyündə həm dövlətlərarası, həm də millətlərarası münasibətlərin inkişafına böyük ölçüdə təsir edir. Bütün bunları nəzərə aldıqda COP29-un nə qədər vacib tədbir olduğunu görürük.
Digər tərəfdənsə ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir”.
Törə Zeynallı
Demokrat.az