"ASAN xidmət"in fəaliyyətindən öyrənilməli çox məsələ var — Efiopiya Prezidenti

XARİCİ SİYASƏT 11 noyabr 2024, 23:49
"ASAN xidmət" mərkəzində bir çox xidmət vahid məkanda təqdim olunur. Odur ki, "ASAN xidmət" qabaqcıl idarəetmə sahəsində də çox mühüm işlər həyata keçirir. Bir çox ölkə bu cür model tətbiq etmək istəyib. Lakin onlar bunu tam əhatə edə bilməyiblər. Ancaq mən Azərbaycanda "ASAN xidmət" kontekstində bu cür modelin işlək formada olmasını, fəaliyyət göstərməsini görməkdən çox məmnun oldum. Əminəm ki, bir çox ölkə həmin modelin öyrənilməsində maraqlıdır. Qabaqcıl idarəetmə sahəsindəki layihə münasibətilə Azərbaycan hökumətinə və "ASAN xidmət" rəhbərliyinə səmimi təbriklərimi çatdırıram”.

Demokrat.az xəbər verir ki, bunu Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, memorandum çərçivəsində Efiopiyanın müvafiq qurumu "ASAN xidmət"lə sıx işləyir: "Ümumişlək xidmətlərin göstərilməsi prosesi təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş ölkələrdə də böyük bir problemdir. Dövlət xidmətləri sahəsində şəffaflıq və effektivlik bir çox ölkədə aşağı səviyyədədir. Biz memorandum çərçivəsində Efiopiyanın dövlət xidmətləri komissiyasını məsul qurum kimi təyin etmişik və onlar "ASAN xidmət"lə çox sıx əməkdaşlıq edirlər. Bizim burada gördüklərimizdən, ümumilikdə "ASAN xidmət"in fəaliyyətindən öyrəniləsi çox məsələ var. Eyni zamanda, mən INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Həmin mərkəzdə çox sayda startap cəmləşir və innovativ ideyaların, “ağıllı həllər”in və təşəbbüslərin həyata keçirilməsinə öz töhfələrini verir. Ümumilikdə "ASAN xidmət" konsepsiyası və burada gördüyümüz innovativ həllər Efiopiyada da müvafiq sahənin ən yüksək səviyyəyə gəlməsinə dəstək verəcək və bizim burada öyrənəcəyimiz məsələlər Efiopiyada dövlət xidmətləri sisteminin inkişafına gətirib çıxaracaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
12 dekabr 2024, 20:37
Top