Makron Avropanı öz təhlükəsizliyini ABŞ-a həvalə etməməyə çağırıb

DÜNYA 07 noyabr 2024, 16:51
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməyi dayandırmalıdır.

Demokrat.az
bu barədə  RİA Novostiyə istinadən xəbər verir. 

“NATO , əlbəttə ki, əsas rol oynayır və NATO daxilində biz avropalılar öz rolumuzu oynamaq istəyirik. Lakin biz strateji oyanış üçün məsuliyyəti öz üzərimizə götürməliyik. Təhlükəsizliyimizi əbədi olaraq amerikalılara həvalə etməməliyik”, - deyə Makron bildirib.

Bir gün əvvəl Emmanuel Makron bildirib ki, Paris və Berlin Donald Trampın ABŞ seçkilərindəki  qələbəsindən sonra daha birləşmiş, daha güclü və suveren Avropa yaratmaq üçün çalışacaqlar. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top