Puşkov Trampın qələbəsindən DANIŞDI

DÜNYA 06 noyabr 2024, 20:41
“Ukrayna və Avropa İttifaqı ölkələri ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən çox təşvişə düşüblər. Çünki onlar Demokratlar Partiyasının namizədi Kamala Harrisin qələbəsi üçün dua edirdilər”. 

Demokrat.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının rəhbəri Aleksey Puşkov deyib. 

O, Tramp və Harrisin fərqli mövqelərinə diqqət çəkib və səsvermənin nəticələrinin dünyada geosiyasi vəziyyətə təsir edəcəyini qeyd edib:

“Seçkiöncəsi Kamala Harris Baydenin siyasətlərini davam etdirəcəyindən, Donald Tramp isə müntəzəm olaraq Ukraynaya dəstəyi dayandırmasından danışırdı. Biz hələ Trampın Ukrayna ilə bağlı siyasətinin nə olduğunu təcrübədən keçirməmişik. Amma dəqiq bildiyim odur ki, rəsmi Kiyevdə çox təşvişə düşüblər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 22:59
Top