Şvartsnegger kimə səs verəcəyini AÇIQLADI

DÜNYA 31 oktyabr 2024, 13:33
Kaliforniyanın keçmiş Respublikaçı qubernatoru, aktyor və bodibilder Arnold Şvartsnegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləyəcək.

Bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Mən başa düşürəm ki, insanlar mənim fikrimi eşitmək istəyirlər. Çünki mən təkcə məşhur bir insan deyiləm, həm də keçmiş Respublikaçı qubernatoram. Mən Kamala Harrisə və Tim Uoltsa səs verirəm”, - Şvartsnegger deyib.

Şvartsnegger bu seçimini onun Respublikaçı olmazdan əvvəl amerikalı olması ilə izah edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Respublikaçılar Partiyasını keçmiş president Donald Tramp, Demokratlar Partiyasını isə hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.

“The New York Times”in məlumatına görə, ABŞ prezident seçkilərinə bir həftə qalmış namizədlər arasında fərq xeyli azalıb. Milli sorğulara görə, Harris seçicilərin 48%-nin, Tramp isə 46%-nin dəstəyini qazanıb. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top