İspaniyanın Valensiya muxtariyyətində leysan yağışlar və daşqınlar nəticəsində 70 nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə RTVE dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Kastiliya-La-Mançada Kuenka və Albasete şəhərlərində daşqınlar nəticəsində iki nəfər həlak olub. Letur bələdiyyəsində isə ən azı altı itkin düşmüş şəxsin axtarışları davam etdirilir”, - deyə məlumatda deyilir.
Oktyabrın 30-da səhər saatlarında The Guardian qəzeti İspaniyada daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.
Mehriban Mirzəzadə Demokrat.az

