“Gürcüstandakı seçkinin nəticələri Qərb tərəfindən tanınmasa da o, Qərblə münasibətlərin normal olmasında maraqlıdır. Kabaxidze öz açıqlamasında bildirdi ki, Gürcüstan Qərbə inteqrasiya siyasətini davam etdirəcək və üzərinə götürdüyü öhdəlikləri və islahatları 2028-ci ilə qədər həyata keçirəcək. Hesab edirəm ki, bu açıqlama Qərbdən gələn təzyiqlərə cavab olaraq verilib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O.Qasımov qeyd edib ki, Gürcüstan hakimiyyəti öz siyasətində radikal dəyişikliklər edə və Rusiya ilə yaxınlaşa bilər:
“Kabaxidze onu da bildirdi ki, Rusiya ilə münasibətlərdə bir dəyişiklik olmayacaq və Gürcüstan Rusiya ilə diplomatik münasibətlər qurmaq niyyətində deyil. Düşünürəm ki, bu mesajlar Qərb tərəfindən də qəbul olunacaq və o, seçkilərdə qalib gəlmiş partiya ilə münasibətləri davam etdirəcək.
Son illər ərzində Gürcüstanla Qərb arasında münasibətlərdəki gərginlik onun Avropa İttifaqına üzvlüyünə əngəl törədir. Zamanla bu münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Hər bir halda bu gün həm hakimiyyət, həm də müxalifət tərəfindən verilən açıqlamalar onu göstərir ki, Gürcüstan Qərblə münasibətlərin möhkəmlənməsində maraqlıdır. Bu prosesə təsir edən ciddi faktorlar var, ona görə də gələcəkdə vəziyyətin necə olacağını demək çətindir”.
Törə Zeynallı
Demokrat.az