Gürcüstanda davam edən mitinqlər və qarşıdurmanın regiona təsiri məsələsini hər birimiz düşünürük. Azərbaycan regionda sülhü təmin etmək üçün maddi-mənəvi heç nədən boyun qaçırmayan yeganə dövlətdir. Biz yaranan sabitliyin davamı üçün digər dövlətlərin də eyni siyasəti yürütməsini arzu edirik. Gürcüstandakı seçkilərin nəticəsinin regiona təsiri və Azərbaycanın lider siyasəti haqqında politoloq Zeynal Əmrəliyev Demokrat.az-a danışıb:
"Gürcüstandakı seçkilərə uzun müddətdir ki, hazırlıq gedirdi. Bu, həm Qərb, həm də Şərq blokunun üzərində çalışdığı seçki idi. Onlar rəqabətlərini regionda Gürcüstan üzərindən həll etmək istəyirdilər. İlk öncə Ermənistan üzərindən bu kimi oyunlar oynanıldı. İstədiklərinə nail ola bilmədilər. Ermənistanda aramsız aksiyalar həyata keçirildi. Sərhəddə müəyyən təxribatlar aparıldı".
Politoloq bildirib ki, Qərb dairələr regiondakı layihələri əvvəlcədən planlaşdırır:
"Avropa Parlamentinin müşahidə missiyası yenə də Ermənistandadır. Bütün bunlar planlaşdırılmış layihələrdir.
Gürcüstandakı seçkilər onlara imkan verirdi ki, eyni planı Cənubi Qafqazda icra etsinlər. Bu planları Azərbaycan üzərindən icra edə bilmirlər. Azərbaycanda çox güclü iqtidar mövcuddur. Azərbaycan Prezidenti olduqca prinsipial siyasət yeridir. Onlar da çalışır ki, istəklərini Gürcüstan üzərindən həyata keçirsinlər. Gürcüstanda mitinqlər başlayıb və seçki ilə bağlı araşdırmalar aparılır. Qərb Gürcüstanda qalib gələ bilmədi. "Gürcü Arzusu" ətrafındakı koalisiya ilə birlikdə qalib gəldi".
O, düşünür ki, seçkilərin nəticəsi Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xidmət edəcək:
"Kənar qüvvələrin regionda ayaq açmasına imkan verilməyəcək. Hazırda Gürcüstan höküməti çalışır ki, ictimai-siyasi sabitliyi qoruyub saxlasın və ölkə kənar qüvvələrin təsiri dairəsinə düşməsin. Bu da Cənubi Qafqaz üçün vacib məsələdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionda kənar qüvvələrin maraqları həyata keçirilməməlidir. Prezident cənab İlham Əliyevin yeritdiyi siyasət digər ölkələr üçün də örnək olmalıdır. Onlar da Azərbaycan rəhbərliyi kimi çalışmalıdır ki, digər beynəlxalq güclər regionda hansısa təxribat həyata keçirə bilməsinlər".
Mehriban Mirzəzadə
Demokrat.az