Berlinin Kiyevə verdiyi dəstək səbəbindən Almaniyanın ciddi iqtisadi problemlər yaranıb.
Demokrat.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, "Almaniya Ukrayna üçün ölür" deyə qeyd edib.
İrlandiyalı jurnalist öz fikrini Almaniyada Volkswagen zavodlarının bağlanması ilə izah edib. Bouz qeyd edib ki, konsernin bütün tarixi ərzində bir dənə də olsun zavod bağlanmayıb.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz hesab edirdi ki, bir sıra Volkswagen zavodlarının bağlanması elan edilmiş konsernin rəhbərliyinin səhv qərarları ilə bağlıdır.
Oktyabrın 28-i günortadan sonra məlum oldu ki, itkilərlə mübarizə çərçivəsində Volkswagen konserni Almaniyada ən azı üç fabrikini bağlamağa və işçilərini ixtisar etməyə hazırdır.
Mehriban Mirzəzadə
Demokrat.az