Xarici vətəndaşlarda aşkar edilmiş narkomaniya onların Rusiya Federasiyasına daxil olmasından imtina üçün əsas olmalıdır.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı üzrə Şura tərəfindən hazırlanmış “Rusiyanın miqrasiya siyasəti və milli inkişaf məqsədləri” adlı hesabatda deyilir.
“Miqrantlarda narkomaniya əlamətləri aşkar edilərsə, tibb müəssisələri bu barədə hüquq-mühafizə orqanlarına , xüsusən də Rusiya Daxili İşlər Nazirliyinə məlumat verməlidir”, - deyə hesabatda deyilir.
Oktyabrın 29-da Dövlət Duması qeyri-qanuni miqrasiya ilə mübarizəyə yönəlmiş bir neçə qanun layihəsi qəbul edib. O cümlədən, deputatlar qeyri-qanuni miqrasiyanın təşkilinə görə cəzaların sərtləşdirilməsinə razılaşıblar.
Mehriban Mirzəzadə
Demokrat.az