“Azərbaycanla Pakistan arasında bir çox sahələrdə, o cümlədən, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq yüksələn xətlə davam edir. Pakistan Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi yerli imkanları ilə istehsla etdiyi bütün avadanlıq və texnikaları, həmçinin hərbi təyinatlı məhsulları ilk olaraq Azərbaycana təklif edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ə.Verdiyev qeyd edib ki, bir neçə il öncə Azərbaycan Pakistandan “Super Muşşak” tipli təlim təyyarələri aldı:
“Bu il isə Azərbaycan Pakistanın müasir “JF-17 Thunder” qırıcı təyyarələrini aldı. Bu təyyarələr 3 versiyada istehsal edilir. Azərbaycan bu təyyarələrin ən modern, sonuncu versiya olan "Blok III" növlərini əldə edir. Bu sahədə Azərbaycanın pilotlu aviasiya potensialı daha da inkişaf edəcək. Bu hərbi təyyarələr uzaqmənzilli və idarə olunan raketlərdə istifadə olunur, müasir radiolokasiya stansiyası, radioelektron müdafiə kompleksi, həmçinin müasir radioelektron avadınlıqları ilə təchiz olunub. Bu da döyüş şəraitində anoloqları üzərində ciddi üstünlük əldə etməsinə imkan verir. Pilotlarımız Pakistanın hərbi təyyarələri ilə tanışdırlar. Düşünürəm ki, yeni qırıcılardan istifadə etmək bacarığı da təlimlər müddətində formalaşacaq”.
Qeyd edək ki, oktyabrın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb. Görüşdə siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.
Törə Zeynallı
Demokrat.az