Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA 30 oktyabr 2024, 20:36
Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 30-da Finlandiyanın Rusiyadakı səfiri Marya Liyvala Helsinkinin Rusiyaya məxsus 45 daşınmaz əmlakı müsadirə edən Finlandiya Məhkəmə İcraçıları Xidmətinin hərəkətlərinə sərt etiraz bildirmək üçün Rusiya XİN-ə çağırılıb.

Rusiya tərəfi Finlandiyadan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib.

Səfirə bildirilib ki, əks halda, Finlandiya hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə görə məsuliyyət Helsinkinin üzərinə düşəcək. Lazım gəldikdə, Rusiya tərəfinin cavab tədbirləri görəcəyi qeyd olunub. (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 oktyabr 2024, 21:30
Top