Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarəti yığışdırılır. Bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb. Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.
Milli Məclisin deputatı Tahir Rzayev küçə ticarətinin müsbət tərəfləri ilə yanaşı neqativ hallara səbəb olduğunu da deyib. T.Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, küçə ticarəti bir çox hallarda keyfiyyətsiz məhsulların satışa çıxarılmasına, istehlakçıların aldadılmasına səbəb olur:
“Küçə ticarəti əlçatan olması baxımından insanların işini asanlaşdırır. Qanunvericilik çərçivəsində küçə ticarəti ilə məşğul olmaq və bunun genişləndirilməsi faydalı olardı. Lakin bir çox hallarda küçə ticarətinin doğurduğu mənfi hallar yolverilməzdir. Bütün hallarda qanunlar gözlənilməlidir. Bir çox ölkələrdə küçə ticarəti geniş təşəkkül tapıb. Bu ticarət forması, adətən, işdən sonra tətbiq olunur. İnsanların hərəkətinə, gediş-gəlişə mane olmadığı halda bu işlə məşğul olan insanların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır. Sanitariya-gigiyena qaydaları normalara uyğun tənzimlənir və buna riayət olunur. Lakin bizdə küçə ticarəti əksər hallarda bəsit, yöndəmsiz halda həyata keçirilir. İnsanlar istənilən yerdə piştaxtalar qoymaqla müxtəlif məhsulların satışını həyata keçirmək istəyirlər. Vaxtı keçmiş məhsullar satılır bu piştaxtalarda və insanların zəhərlənməsinə səbəb olur. Yaxşı olardı ki, icra hakimiyyətləri və bələdiyyələr öz ərazilərində küçə ticarətini nizamlasınlar və bu fəaliyyətə nəzarəti həyata keçirsinlər, qaydaların gözlənilməsini təmin etsinlər. Küçə ticarəti insanların rahatlığı və bələdiyyələrin büdcəsi üçün faydalı ola bilər”.
Törə Zeynallı
Demokrat.az