Müğənni Kərim Abbasov 100 min manat ziyana düşüb.
Bu barədə özü şou proqramda danışıb.
O bildirib ki, restoran biznesi iflasa uğrayıb.
"Restoranı açmağımızla bizi aldatdılar. Üç aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. Bir ilə hazır olacaq", - o qeyd edib.
Kərim aldığı villadan da danışıb.
"Villa almışam. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəzərdən qorxuram", - o əlavə edib. (Lent.az)