Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Gürcüstan Macarıstan tərəfinin dəstəyi ilə Avropa İttifaqına daxil olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Tbilisidə Gürcüstan-Macarıstan hökumətinin görüşü zamanı o, Gürcüstanın Macarıstanın köməyi ilə Aİ-yə üzv olacağına tam əmin olduğunu bildirib. O, həmçinin bildirib ki, Gürcüstanın Avropa İttifaqına daxil olmasının dondurulması qərarı sırf siyasidir.
Oktyabrda Brüsseldə keçirilən görüşdə Avropa İttifaqının dövlət və hökumət başçıları belə qənaətə gəliblər ki, Tbilisinin addımları Avropa prinsip və dəyərlərinə uyğun gəlmir. Aİ sammitində Gürcüstanın Avropa Birliyinə qəbul prosesinin faktiki olaraq bloklandığı elan edilib.
Mehriban Mirzəzadə
Demokrat.az