Şirvan şəhərində 1992-ci il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Təranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 10-da baş verib. Tural həmin gün, gecə saat 02:00-da yaşadığı evdə arvadı Təranə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı onu qəsdən yumruq zərbələri ilə üz və baş nahiyyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hazırda Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğul olur:
“2017-ci ildə Təranə ilə rəsmi qaydada evləndim. Bu nikahdan 2018-ci il təvəllüdlü Valeh adlı oğlum olub. Təranə ilə evləndikdən sonra aramızda bir-iki dəfə mübahisələrimiz oldu. Lakin ciddi heç nə baş vermədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 10-da gecə saat 02:25-də yaşadıqları evdə olarkən, arvadı Təranə ilə aralarında mübahisə yaranıb: “Mübahisə Təranənin övladımə nadinclik etdiyi üçün vurması səbəbindən yarandı. Təranə ünvanıma nalayiq ifadələr işlətdi. Mən həmin vaxt əsəbləşdiyim üçün Təranənin üz nahiyyəsinə şillə ilə vurdum. Bundan sonra Təranənin gözünün altından qan açıldı. Bunu gördükdən sonra ondan aralandım. Həmin vaxt Təranəyə ünvanıma nalayiq ifadələr işlətməməsini deyərək siqarət çəkmək üçün küçəyə çıxmışam. Mən siqareti çəkdikdən sonra otağıma keçərək yatdım. Təranə ilə aramızda baş vermiş mübahisə 5-6 dəqiqə davam etdi. Həmin vaxt evdə heç kim olmayıb. Azyaşlı övladımız həmin vaxt öz otağında olub. Təranə ilə aramızda olan münaqişəni görməyib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Təranənin sözlərinə görə, Tural ilə evləndikdən sonra aralarında dəfələrlə mübahisələri olub: “Hətta mübahisə vaxtları Tural bir-iki dəfə məni vurub. Lakin ailəmin dağılmasını istəmədiyim üçün bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişəm”.
Təranə qeyd edib ki, fevralın 10-da, gecə saat 02:25-də evdə olarkən, oğlunu nadinclik etməməsi üçün tənbeh edib: “
Tural bunu görərək mənimlə mübahisə etməyə başladı. Mübahisə vaxtı Turalın ünvanına nalayiq ifadələr işlətdiyim üçün mənim baş nahiyəmə bir neçə yumruq endirməyə başladı. Yumruqların biri göz nahiyəmə, digəri isə alın nahiyyəmə dəydi. Bundan sonra əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verdim”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvan ünvanı hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az