“Tarqovı”dakı mənzildə faciəvi şəkildə öldü — FOTO (YENİLƏNDİ)

KRİMİNAL 28 oktyabr 2024, 11:41
Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Demokrat.az
xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti “Tarqovı” məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

“Unikal”ın məlumatına görə, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi idi.

O, idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top