"Gürcüstanda oktyabrın 26-da keçirilən seçkidən sonra formalaşan yeni parlament noyabrda ilk iclasını keçirəcək. Lakin hər şey Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrini nə vaxt dərc etməsindən asılıdır".
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.
"Mərkəzi Seçki Komissiyasının yekun protokolu olacaq, ondan sonra Konstitusiyaya görə, parlament 10 gün ərzində ilk iclasa toplaşacaq", - Papuaşvili qeyd edib.
Gürcüstan qanunvericiliyinə görə, 11-ci çağırış parlament fəaliyyətə başladıqdan sonra 10-cu çağırış parlamentin deputatlarının səlahiyyətlərinə xitam verilir.(oxu.az)