Payızda üzün dərisi üçün nəmləndiricilərdən istifadə etmək vacibdir. Bu baxım vasitəsi krem, tonik və ya serum ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə rus kosmetoloq, vizajist, vizaj məktəbinin yaradıcısı Aleksandra Matveeva məlumat verib.
O, məhsulların dəriyə faydası olacaq A və E vitaminlərini ehtiva etməli olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, onları aptekdən də almaq və istənilən kremə əlavə etmək olar.
“Dərinizi bərabərləşdirmək üçün çölə çıxarkən qoruyucu tonal krem və ya BB kremdən istifadə etməyi məsləhət görərdim. Üz tonunuzu bərabərləşdirin. Çünki ilin istənilən vaxtında çölə üzümüzə heç nə vurmadan çıxmaq zərərlidir. Yayda isə SPF ilə qorunmaq lazımdır. Payız və qışda üzün dərisini də şaxtadan və küləkdən qorumaq lazımdır”.
Kosmetoloq əlavə edib ki, payız və qış aylarında səhərlər dəriyə nəmləndirici kremlər, gecələr isə qidalandırıcı vasitələr çəkilməlidir.
Mehriban Mirzəzadə
Demokrat.az