Seymur Adıgözəlov özünə 145 min manata yeni “Toyota Land Cruiser” alır — FOTO

GÜNDƏM 12 oktyabr 2024, 21:42
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.

Demokrat.az xalq.az-a istinadən məlumat verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Toyota Absheron Merkezı” MMC-dən dəyəri 145 min 300 manat olan 1 ədəd avtomobil alacaq.Bildirilir ki, istehsal ili 2024-cü il olan “SUV/Offroad” ban növünə malik 5 qapılı avtomobilin mühərrik gücü 2400-3500 kub sm. olmalı və benzilə işləməlidir.

Qeyd edək ki, hazırda satışda olan və bu göstəricilərə uyğun olan “Toyota Land Cruiser” modelləridir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Absheron Merkezı” MMC  12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.

Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.

Qeyd edək ki, Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinə sədri vəzifəsinə  bu ilin fevral ayında təyin olunub .

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2024, 21:28
12 oktyabr 2024, 21:09
12 oktyabr 2024, 20:22
Top