Sarayda şagird məktəb binasından yıxıldı

HADİSƏ 11 oktyabr 2024, 14:27
Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. 

Demokrat.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top