"Ermənistan mülki əhalimizi qorxu içində saxlamağa çalışırdı"

GÜNDƏM 11 oktyabr 2024, 16:51
"44 günlük müharibə zamanı hərb meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini Azərbaycanın mülki əhalisinin hədəfə çevirərək çıxmağa çalışdı. Əsas hədəfə alınan ərazilərdən birincisi Gəncə şəhəri oldu. Gəncəyə müharibə zamanı bir neçə dəfə raket zərbələri endirildi. Bizim onlarla vətəndaşımın bu hücumlar zamanı həyatını itirdi". 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Bütün bunlar Ermənistanın bir dövlət olaraq faşist ideologiyası üzərində qurulduğunu göstərdi. Onlar hərbi cinayətlərə də çox rahat şəkildə əl atırdılar. Heç təsadüfi deyil ki, o zaman Ermənistanın keçmiş müdafiə naziri olan Arutunyan tv kanallarında çıxış edərək, Azərbaycanın mülki əhalisini qorxutmağın vacib olduğunu bildirmişdi. Müharibə ərazisinə aid olmayan ərazilərdə yüzlərlə azərbaycanlı həyatını itirdi. Azərbaycan ordusu isə döyüş meydanında qisasımı aldı!"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top