Kişi gecəyarısı arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 11 oktyabr 2024, 17:15
Yevlax rayonunda 1986-cı il təvəllüdlü Yaqub ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokart.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri R.Məmmədov küçəsində baş verib. Yaqub yaşadıqları evdə həyat yoldaşı Nigar ilə arasında ailə münasibətləri zəminində mübahisə edib. 

Mübahisə zamanı Yaqub alkoqol sərxoşluğu vəziyyətində əli və evdəki əşyalarla vuraraq Nigarı döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Yaqubun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü gecə saatlarında yaşadığı evə gəlib və onu gözləməyərək xəstəxanadan çıxdıqları üçün həyat yoldaşı Nigar ilə mübahisə etməyə başlayıb: “Həmin vaxt Nigar mənim cavabımı qaytardığı üçün 1-2 dəfə əlim ilə onun baş nahiyəsinə vurdum. Sonra mən yatmağa getdim. Bir müddət sonra evdə yatan zaman polis əməkdaşları gəldilər. Həmin vaxt bildim ki, həyat yoldaşım polis şöbəsinə məndən şikayət edib. Lakin sonradan etdiyim əməldən peşman olmuşam”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim heyəti təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Yaqubun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top