"Rejim başçıları düşünürdü ki, onlara dəyib-dolaşan olmayacaq" — AÇIQLAMA

KRİMİNAL 11 oktyabr 2024, 16:59
"Ermənilərin Gəncəyə raket atması 44 günlük müharibənin ən dəhşətli hadisələrindən biri idi. Bu hadisə bir daha Xankəndidəki rejimin terrorçu mahiyətini üzə çıxardı. Rejimin başçısı da öz dilindən etiraf etdi ki, Gəncəyə raket atılması əmrini özü verib. Mülki əhalini hədəf alanlar isə terrorçudur. Mülki insanların hədəf alındığı Gəncə və Bərdə terroru ən ağrılı hadisə oldu"

Bu sözləri Demokrat.az-a politoloq Zeynal Əmrəliyev deyib. 

"Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən mülki insanları heç zaman hədəf almadı. Bu bir çox beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunub. Nə qədər çalışsalar da, buna aid bir fakt belə tapa bilmədilər. Azərbaycan ordusuna verilən tapşırıq bu yöndə idi ki, mülki əhali əziyyət çəkməsin. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində mübarizə apardı. 

Qarşı tərəf isə öz terrorçu mahiyyətini biruzə verdi. Törətdikləri cinayətlər rejimin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini ortaya qoydu. Rejim başçıları çox rahat idilər ki, onlara dəyib-dolaşan olmayacaq. Etdiklərinin cavabsız qalacağını düşünürdülər. Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə DTX-nin peşəkar əməliyyatı nəticəsində həmin şəxslər tutularaq Bakıya gətirildi. Onlar istintaq prosesindən sonra məhkəməyə çıxarılaraq layiqli cəzalarını alacaqlar. Azərbaycan xalqına qarşı edilən heç bir şey cavabsız qalmır. Lazım gəldikdə cəzalarını alırlar.
Müharibədə və terror hadisələrində dünyasını dəyişənlərə Allah rəhmət eləsin!"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top