Yevlax rayonunda 1968-ci il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Fatmaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehdi alkoqol sərxoşluğu vəziyyətində 29 oktyabr 2023-cü ildə əvvəllər ər-arvad münasibətində yaşayaraq sonradan ayrıldığı Fatma ilə barışmaq məqsədilə sonuncunun yaşadığı evə gəlib.
Mehdi orada hamam kimi istifadə olunan tikilinin içərisində Fatmaya barışmaq istədiyini dedikdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirmiş olduğu bıçaqla ona zərbələr vurub.
Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Fatma ilə qeyri-rəsmi, yəni nikahdan kənar münasibətləri olub:
“29 oktyabr 2023-cü ildə Fatmanın yaşadığı evə getdim. Evin həyətində Fatmanı çağırdım və sonra evin həyətyanı sahəsində yerləşən hamamın içərisində söhbət etdik. Bu zaman Fatma ilə barışmaq istədiyimi dedim. Lakin Fatma mənimlə barışmaq istəmədiyini deyərək getməyimi dedi. Buna görə də əsəbləşdim. Fatmanı qorxutmaq üçün gələrkən üzərimdə gətirmiş olduğum bıçaqla onun ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona xəsarət yetirdim. Mən həmin günü axşam saatlarında yaşadığım evdə spirtli içki olan araq içdim. Buna görə də sərxoş vəziyyətdə olmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatmanın sözlərinə görə, Mehdi ilə üç il nikahdan kənar, yəni qeyri-rəsmi münasibətdə yaşayıb:
“29 oktyabr 2023-cü ildə saat 23 radələrində duş almaq üçün evin həyətində yerləşən hamama gedən zaman Mehdi ilə hamamın qarşısında qarşılaşdım. Bu zaman Mehdi mənimlə barışmaq istədiyini dedi. Lakin Mehdiyə barışmaq istəmədiyimi dediyim üçün belindən çıxartmış olduğu bıçaqla sağ ayaq nahiyəmə vurdu. Bu zaman mən yerə oturdum. Bundan sonra Mehdi həmin bıçaqla sağ ayağımın diz nahiyəsinə və baldır nahiyəmə ümumilikdə dörd dəfə bıçaqla vurdu. Mehdi həmin vaxt mənə ümumilikdə beş dəfə bıçaqla vurdu. Məni bıçaqlayan zaman qışqırdığım üçün məni orada qoyaraq evin həyətinin qapısını açaraq yola çıxdı. Bu zaman səsimi eşidən qardaşım evdən çölə çıxdı. Qardaşım qapıdan çıxan zaman Mehdini gördüyü üçün onun arxası ilə getdi, Mehdini yolda tutaraq saxladı”.
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb.
İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mehdinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az