33 yaşlı kişi dostunun qızı ilə cinsi əlaqədə oldu və... — TƏFƏRRÜAT

KRİMİNAL 11 oktyabr 2024, 16:14
Yevlax rayonunda 1991-ci il təvəllüdlü Şirvan yetkinlik yaşına çatmayan Samirəyə (adlar şərti göstərilib – red.) qarşı seksual hərəkətlər edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şirvan evli olduğu halda dostu İntiqamın 2009-cu il təvəllüdlü qızı Samirə ilə müxtəlif yerlərdə görüşüb, onunla mobil telefon vasitəsilə danışaraq onu sevdiyini bildirib. 

Daha sonra Şirvan Samirə ilə cinsi əlaqəyə girmək qərarına gəlib. Şirvan həmin niyyətini həyata keçirmək məqsədilə ilə “VAZ-21061” markalı avtomobillə Samirə ilə birlikdə kəndin ərazisinə gedib. 

Şirvan həmin gün saat 14 radələrində həmin avtomobili yolun kənarında heç kəsin olmadığı yerdə saxlayaraq avtomobilin arxa salonunda oturacağın üstündə Samirə ilə cinsi əlaqədə olub.

Hadisəni törədən Şirvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirəyə sevdiyni,onunla ailə həyatı qurmaq istədiyini bildirib: “Hadisə günü tanışım Vüsala məxsus “VAZ-21061” markalı avtomobili ustaya aparmaq adı ilə ondan alaraq həmin avtomobili yolun kənarında heç kəsin olmadığı yerdə saxladım.

Avtomobilin arxa salonunda oturacağın üstündə Samirə ilə cinsi əlaqədə oldum. Mən Samirə ilə cinsi əlaqədə olduğum üçün peşman oldum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, atasının dostu Şirvan tez-tez onlara gəlib: “Məni sevdiyini, həyat yoldaşı ilə boşanaraq mənimlə ailə quracağını bildirdi. 9 yanvar 2024-cü ildə məni avtomobillə apardı və mənə avtomobildə əxlaqsız video göstərdi. Mənimlə cinsi əlaqədə olmağı dedi. Bildirdi ki, əgər cinsi əlaqədə olmazsam, mənimlə evlənməyə inkan verəyəcəklər. Mən də onunla cinsi əlaqəyə girdim”.

İş üzrə zərərçəkmiş Samirənin qanuni nümayəndəsi qismində ifadə verən atasının sözlərinə görə, təqsirləndirilən şəxs Şirvan onun dostu olub: “Həyat yoldaşımın bibisi zəng edərək Samirəni Şirvanın qaçırdığını bildirdi. Həmin vaxt 102 xidmətinə zəng edərək qızımızın Şirvan tərəfindən qaçırılması barədə məlumat verdim”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun  cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top