"Hamı kənd toyuğu ilə təmin oluna bilməz, buna görə də..." — AÇIQLAMA

GÜNDƏM 11 oktyabr 2024, 16:53
İllərdir ölkəmizdə insanlar arasında "broyler" toyuq haqqında fikir ayrılığı mövcuddur. İstehlak edənlərin də sayı az deyil. 

Sosial şəbəkələrdə qarşımıza çıxan süni şişirdilmiş toyuq məhsullarının videosu insanları bu barədə düşünməyə vadar edir. 

Mövzu ilə bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Demokrat.az-a danışıb:

"Ən faydalı toyuq kənd toyuğudur. Hansı ki, onlar orqanik qidalanırlar. Gəzirlər, eşib soxulcan tapıb, yemlənirlər. Qidalanmaları sağlıqlı olduğu üçün ətləri də daha dadlı və sağlıqlıdır. Ona görə də kənd toyuqlarl "broyler" toyuqlara nisbətən daha bahadır. Gec bişə, əti sərt ola bilər. Ancaq faydası çoxdur. Hazırda kənd yerlərində adamların sayı və kənd toyuğunun saxlamasına maraq da azalır. İnsanlar şəhərtipli yaşamaq istədiyinə görə qida çatışmazlığı baş verir. Hamı kənd toyuğu ilə təmin oluna bilməz. Bunun üçün zəruri vəziyyət yaranır. "Broyler" toyuqların satılması hal alır. İnsan sayı çoxdur, toyuq isə az. Tələbatı ödəyəcək qədər toyuq yoxdur

Ziyanlıdır məsələsinə gəldikdə isə təbii ki kənd toyuğu qədər faydalı deyil. "Broyler" faydalı olmasa da, zərərli də deyil. Zəhərlənmənin qarşısının almaq üçün düzgün şərtlərdə saxlanırsa və qida zəncirində qırılma olmursa, yeməyin qorxusu yoxdur". 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top