"Qərbə inteqrasiya Rusiya üçün təhdidə çevrilərsə..." — Ermənistanı gözləyən ssenari…

SİYASƏT 09 oktyabr 2024, 18:21
"Ermənistan Rusiya ilə münasibətlərində Qərbin maraqlarını nəzərə alır. Buna görə də hesab edirəm ki, Ermənistanın MDB-nin bəyanatlarına qoşulmamasının kökündə bu amil dayanır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. 



Ə.Zülfüqaroğlu qeyd edib ki, Rusiya Ermənistanın Qərbə inteqrasiyasından narazıdır və rəsmi açıqlamalarda bu məsələ dilə gətirilir:

"Rusiya çalışır ki, Ermənistanın Qərbə inteqrasiyası onun maraqlarına təhdid yaradacaq dərəcədə genişlənməsin. Rusiya Ermənistana qarşı sərt mövqe sərgiləməyəcək, çünki bilir ki, Ermənistan ondan asılı ölkədir. Əgər Qərbə inteqrasiya Rusiyanın qırmızı xətlərini keçərsə, o zaman Ermənistanla münasibətlərdə siyasət dəyişə bilər. 

Gürcüstan indi Rusiya ilə münasibətlərini qaydasına salır, bu da Qərb üçün İrəvanın alət kimi əhəmiyyətini artırır, çünki bölgədə onun maraqlarını təmin edəcək tək ölkə Ermənistandır. Bundan sonra Qərbin Ermənistan üzərindən daha çox oyun oynamasının şahidi olacağıq. Qərb Ermənistana təzyiqlərini artıracaq, bu da İrəvanın Rusiya ilə münasibətlərində problemləri böyüdə bilər".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top