Bu ölkə Ukraynaya əlavə 400 milyon avro ayırdı

DÜNYA 09 oktyabr 2024, 17:35
Almaniya Bundestaqı (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.

"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 noyabr 2024, 00:05
Top