Erkən qocalma sindromundan əziyyət çəkən ən məşhur insan vəfat etdi — FOTO

DÜNYA 07 oktyabr 2024, 00:25
Erkən qocalma sindromundan (progeriya) əziyyət çəkən ən "uzunömürlü" insan Semmi Basso 28 yaşında vəfat edib.

Bizim.Media bu barədə "Reuters"ə istinadən xəbər verir.

Semmi İtaliyanın Skio şəhərində anadan olub. Ona iki yaşında progeriya diaqnozu qoyulub. O, "National Geographic"in "Sammy's Journey" (Semminin səyahəti) sənədli filmi sayəsində məşhurlaşıb.

Erkən qocalma sindromu kimi tanınan progeriya insanların sürətlə qocalmasına səbəb olur və bu da onların yaşlarından daha yaşlı görünməsinə səbəb olur. Anadangəlmə bu sindromu olan insanların orta ömrü təxminən 13 ildir.







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top