KİV: İran İsraili raket atəşinə tutub

DÜNYA 01 oktyabr 2024, 21:25

İran İsraili raket atəşinə tutub.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, raketlərdən biri İordaniyanın hava məkanına daxil olub.

Hücumla bağlı əlavə detallar hələlik açıqlanmır.

"The Jerusalem Post" qəzetinə görə, İrandan İsrailə 102 raket atılıb.

Bundan əvvəl İsrail Ordusu İranın raket hücumu təşkil etdiyini açıqlamışdı. Ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib. İsrail əhalisinə təcili olaraq sığınacaqlara getmək əmri verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top