"Real Madrid" klubunun sabiq qolkiperi "Barselona"da çıxış etmək üçün təklif göndərib

İDMAN 24 sentyabr 2024, 21:38

PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan Keylor Navas "Barselona"da çıxış etmək istəyir.

Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi Mark-Andre ter Ştegenin zədələnməsindən sonra sürətli bir şəkildə yeni qapıçı transfer etməyi qərara alıb.

Komandanın keçmiş oyunçularından Klaudio Bravo da yenidən İspaniya nəhənginin çərçivəsini qorumaqda istəklidir.

Ancaq onunla yanaşı Navasın da kluba transfer olunmaq niyyətində olduğu iddia edilir. Hətta 37 yaşlı qolkiperin prosesi asanlaşdırmaq məqsədilə böyük maaş tələb etməyəcəyi də vurğulanıb.

Qeyd edək ki, kostarikalı 2014-2019-cu illərdə "Real Madrid"in formasını geyinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top