La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib

İDMAN 22 sentyabr 2024, 23:39

İspaniya La Liqasının VI turunda "Barselona" səfərdə “Vilyarreal”ı darmadağın (5:1) edib.

Matç “Keramika” stadionunda baş tutub.

Kataloniyalıların heyətində Robert Levandovski və Rafinya dubl ediblər, Pablo Torre bir qolla yadda qalıb. Meydan sahiblərinin təsəlli qolunu Axose Peres vurub.

Beləliklə, kataloniyalılar La Liqanın cari mövsümündə ardıcıl altıncı qələbəsini qazanıb. “Barselona” 18 xalla turnir cədvəlində birincidir. “Vilyarreal” 11 xalla 5-ci pillədə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top