"Avropada milçəyin həsrətində qaldım"

ŞOU-BİZNES 24 sentyabr 2024, 21:52

Aparıcı Elgiz Əkbər Avropa səyahətindən danışıb.

Axşam.az xəbər verir ki, bu haqda verilişində söz açan aparıcı Avropa səfərindən sonra həyatında dəyişiklik etdiyini bildirib:

"İnsanlar sağlam qidalanır. Xəstəxanalarda adam yoxdur. Kök insan yoxdur. Hamısının gözəl bədən quruluşu var, canlarına qulluq edirlər. Düzgün qidalanırlar, çörək yemirlər. Biz səhv qidalanırıq. Avropadan gələndən mən də qidalanmağıma fikir verirəm, su içirəm. 5 kiloqram çəki atmışam.

Milçək, ağcaqənədin həsrətində qaldım. Onlar həşərat nədir bilmir. Fransada iki arı gördüm az qaldım öpüm. Fransa, Barselona, Madriddə milçək yoxdur".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top