Undan sonra çörək də ucuzlaşacaq? — AÇIQLAMA

GÜNDƏM 24 sentyabr 2024, 22:10
 Unun topdan satış qiymətində son aylarla müqayisədə ucuzlaşma müşahidə olunur. İstehsal müəssisələrində unun qiymətində bir manatadək azalma var. Statistikaya görə, ölkədə hazırda 50 kq-lıq unun topdan satış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat olub. 

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, un ucuzlaşsa da çörəyin qiymətində azalma gözlənilmir:

"Çünki unun qiymətinin qalxması da çörəyə təsir etməmişdi. Cari ilin aprel, may aylarında un bahalaşdı, amma çörəyin qiyməti dəyişmədi. 50 kq-lıq unun qiymətində 1 manatlıq ucuzlaşma o deməkdir ki, 1 kq un 2 qəpiyə düşür. 600 qramlıq zavod çörəyində bunun təsiri 1 qəpik olacaq. Buna görə də çörək istehsalçıları unun qiyməti qalxanda çörəyi bahalaşdırmadılar. Eyni məntiqlə yenə də çörəyin qiymətində ucuzlaşmanın olacağını gözləmirəm". 

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top