İran və Rusiya prezidentləri görüşəcəklər — Zəngəzur dəhlizi müzakirə olunacaq

GÜNDƏM 24 sentyabr 2024, 21:23
 İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Kazanda Prezident Vladimir Putinlə görüşəcək. Görüş BRİCS-in zirvə toplantısı çərçivəsində baş tutacaq. Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, görüşdə dövlət başçıları arasında bir sıra məsələlərin müzakirəsi gözlənilir:



"İkitərəfli əlaqələr, hərbi-texniki əməkdaşlıq, İranın Qərblə nüvə sazişi istiqamətində aparacağı danışıqlar, həmçinin İranla Qərb arasında müəyyən konfedensial danışıqlar Moskvanı narahat edir. Bundan başqa Pezeşkianın ABŞ-də, BMT-də verdiyi açıqlamalar, Ukrayna müharibəsində İranın Rusiyanı dəstəkləməməsi Rusiya üçün problemli məsələlərdir. Zəngəzur dəhlizi məsələsi də İranla Rusiya arasında müzakirə edilməli olan mövzulardan biridir. Əslində həm İran, həm də Rusiya Qərbə qarşı müttəfiqdirlər,eyni cəbhədə yer alırlar. Amma İran müəyyən qədər Rusiyadan uzaqlaşmaq siyasəti həyata keçirir. Qərblə anlaşmaq istəyir, çünki tətbiq olunan sanksiyalar ölkənin iqtisadiyyatını zəiflədir. Proseslər Rusiyanın əleyhinə davam edir. İrandan Rusiyaya ballistik raketlər göndərilir əvvəlki razılaşmalara uyğun olaraq, amma indiki islahatlar fonunda Rusiya ilə münasibətlərə yenidən baxılır. Çox güman Moskva son hadisələrdən narahatlığını Kazandakı görüşdə qarşı tərəfə bildirəcək".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top