Paşinyan: “İrəvan Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

GÜNDƏM 24 sentyabr 2024, 23:52

“İrəvan razılaşdırılmış maddələr əsasında Bakı ilə sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşündə bildirib.

Bakının Ermənistan Konstitusiyası ilə bağlı tələblərinə gəlincə, Ermənistanın baş naziri iddia edib ki, guya Azərbaycan Konstitusiyasının Ermənistana qarşı “ərazi iddiaları” var: 

“Lakin erməni tərəfi bunu danışıqlar mövzusuna çevirmir. Çünki orada - sülh müqaviləsinin razılaşdırılmış mətnində “tərəflərdən heç birinin bu beynəlxalq müqavilənin müddəalarına əməl edilməməsi üçün bəhanə kimi öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyinə” dair bir müddəa mövcuddur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top