"Ələkbər əmi"nin qızının toyundan görüntülər — VİDEO

ŞOU-BİZNES 24 sentyabr 2024, 12:10

Ötən gün mərhum Əməkdar artist Ələkbər Hüseynovun qızı Nərgizin toyu olub. 

Axşam.az-ın məlumatına görə, saksofon ifaçısı Camal Bayramlı ilə ailə quran Nərgizin toyu şəhər restoranlarından birində baş tutub. Gecə bir çox maraqlı məqamlarla yadda qalıb. 

Gəlin məclisdə qonaqlar üçün skripka ifa edib və mahnılar oxuyub. Nərgiz gəlinliyini də iki dəfə dəyişib. 

Qeyd edək ki, cütlüyün nikahı bir neçə gün əvvəl olmuşdu. "Ələkbər əmi" kimi tanınan aktyorun qızı skripka ifaçısıdır. Cütlüyün nişan mərasimi bu ilin iyununda olub. 

Ələkbər Hüseynov 2007-ci ildə vəfat edib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top