Messini tarixin ən böyük futbolçusu adlandırdı

İDMAN 23 sentyabr 2024, 17:10
"Real Madrid"in keçmiş yarımmüdafiəçisi, "İnter Mayami" klubunun sahibi Devid Bekhem "Goal" nəşrinə müsahibəsində Lionel Messini tarixin ən böyük futbolçusu adlandırıb.

Onun sözlərinə görə, klub argentinalı ulduzun həyatdan həzz ala biləcəyi bir yerdə olmaq istəyi sayəsində onunla müqavilə imzalamağı təşkil edə bilib.

"Leonun istədiyi tək şey ailəsinin gözəl həyat sürmək üçün köçə biləcəyi bir yer tapmaq idi. Bu, həqiqətən vacibdir. Bütün zamanların ən yaxşı futbolçusunun Mayamidə oynadığını söyləmək sadəcə bir xəyal idi", deyə Bekhem bildirib.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. O, bundan əvvəl "Barselona" və PSJ-də çıxış edib. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top