KİV: AZAL Təl-Əvivə uçuşları dayandırdı

GÜNDƏM 24 sentyabr 2024, 10:23

"Wizz Air", "British Airways" və "Azərbaycan Hava Yolları" (AZAL) Təl-Əvivin Ben-Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.

Demokrat.az xəbər verir ki,  bu barədə İsrailin 12-ci kanalı məlumat verib.

Məlumata görə, sentyabrın 24-nə planlaşdırılan uçuşlar İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşun ləğv edilməsi tarixləri dəqiqləşdirilməyib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna kütləvi zərbələr endirib. Zərbələrin hədəfi "Hizbullah" təşkilatının hərbi obyektləri olub.

İsrail tərəfinin açıqlamalarına görə, zərbələr yəhudi dövlətinin şimal rayonlarının aylardır "Hizbullah" tərəfindən atəşə tutmasına cavab olaraq həyata keçirilib və nəticədə on minlərlə israilli sərhəd bölgəsindən təxliyə edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top